Braziliya Ciu-Citsu üzrə Açıq Bakı turniri keçirildi

İdman

24.06.2024 12:38

Braziliya Ciu-citsu Klubu İctimai Birliyinin təşkilatçılığı ilə 200-dən çox idmançının yer aldığı Azərbaycan Respublikasının Silahlı Qüvvələri gününə həsr olunmuş Açıq Bakı Turniri keçirilib. 

TodayPress xəbər verir ki, turnir Azərbaycan Respublikasının və Braziliya Federativ Respublikasının dövlət himnlərinin səsləndirilməsi ilə start götürüb. 

İctimai Birliyin prezidenti Aqil Acalov fəaliyyətləri boyu əsas qayələrinin vətənpərvərliyin təbliği olduğunu vurğulayıb. Braziliyanın Azərbaycandakı səfiri Manuel Montenegro çıxışında bu idman növünün Azərbaycan və Braziliya arasında ortaq dəyərlərin formalaşdırmasındakı rolunu önəmli sayaraq ölkələrarası münasibətlərin hərtərəfli və sıx olmasından məmnunluğunu dilə gətirib. 

Qeyd edək ki, müxtəlif yaş qrupları və çəki dərəcələri üzrə idmançıların yer aldığı turnirin sonunda qaliblər müvafiq nominasiyalar üzrə diplom və medallarla təltif olunublar.

Namiq HUN

tag: Braziliya, Ciu-Citsu, Turnir, Bakı, Manuel Montenegro, todaypress.az,

photo