Braziliya Argentinaya məğlubiyyəti həzm edə bilmədi
Futbol üzrə Braziliya milli komandasının baş məşqçisi Dorival Junior istefaya göndərilib.
TodayPress Braziliya Futbol Konfederasiyasının (CBF) mətbuat xidmətinə istinadən xəbər verir ki, mütəxəssis 2026-cı il Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində Argentinaya (1: 4) məğlubiyyətdən sonra tutduğu vəzifəsindən azad edilib.
“Rəhbərlik mütəxəssisə təşəkkür edir və ona gələcək karyerasında uğurlar arzulayır. Bundan sonra CBF onun əvəzləyicisini axtaracaq” məlumatda deyilir.
Qeyd edək ki, 62 yaşlı mütəxəssislə müqavilə 2024-cü il yanvarın 8-də imzalanıb və müddəti 2026-cı il dekabrın 31-nə kimi olub.
Namiq HUN
tag: Dorival Junior,Braziliya,Baş Məşqçi,İstefa,Todaypress.az,