Braytveyt İspaniyanın məşhur klubunu alır

İdman

13.11.2024 16:47

Braziliyanın “Qremio” klubunun və Danimarka yığmasının hücumçusu Martin Braytveyt “Espanyol”u almağa hazırlaşır.

TodayPress xəbər verir ki, “Sport.es” məlumat yayıb.

“Barselona” klubunun sabiq hücumçusu bir neçə biznesin sahibidir. O, daşınmaz əmlakla məşğuldur. Futbolçu qida sənayesində də biznes açıb. 

Biznesmen və futbolçu Barselona təmsilçisinin hazırkı sahibləri, Çin konqlomeratı “Rastar Group” ilə Bostonda danışıqlar aparmağa hazırdır.

“Bu, çox böyük klubdur, biz iddialı olmalıyıq” deyə Braytveyt “Espanyol” haqqında bildirib.

Namiq HUN

tag: Qremio, Barselona, Çin,Danimarka, Martin, todaypress.az,