Bravo futbolçu karyerasını bitirdi

İdman

27.08.2024 11:59

Çili millisinin sabiq qapıçısı Klaudio Bravo karyerasını başa vurub.

TodayPress xəbər verir ki, cənubi amerikalı qolkiper 41 yaşında bu qərarı qəbul edib.

Qeyd edək ki, Bravo karyerası ərzində “Kolo-Kolo”, “Real Sosyedad”, “Barselona”, “Mançester Siti” və “Betis” klublarında forma geyinib. 

UEFA Çempionlar Liqası və Superkubokun, həmçinin klublararası dünya çempionatının qalibi olmuş çilili qolkiper Amerika kubokunun ikiqat qalibidir.

Klaudio Bravo milli karyerasında 150 oyuna çıxıb. 

Namiq HUN

tag: Bravo, Kolo-Kolo, Real Sosyedad, Mançester Siti, Barselona,todaypress.az,