"Böyük Dəbilqə": Turan Bayramov finalda

İdman

28.02.2025 15:05

742

Özbəkistanın paytaxtı Daşkənddə cüdo üzrə “Böyük Dəbilqə” turniri start götürüb.   

TodayPress xəbər verir ki, Azərbaycan yarışda üç idmançı ilə təmsil olunur. 

Turan Bayramov (60 kq) təsnifat mərhələlərində Yuntao Vanq (Çin) və Mehrzod Sufiyevə (Tacikistan) qalib gəlib.

O, yarımfinalda özbəkistanlı Baxrom Baturovdan da üstün olub.   Turan finalda Ayub Bliyevlə (İJF) qarşılaşacaq. 

Mübarizəyə ikinci mərhələdən başlayan Balabəy Ağayev Anvarjon İbrohimova (Özbəkistan) uduzub. 

Yaşar Nəcəfov (66 kq)  startda Ramazan Abdullayevə (İJF) uduzub. 

Namiq HUN

tag: Turan Bayramov,Böyük Dəbilqə,Cüdo,Azərbaycan,Todaypress.az,