Böyük Dəbilqə: Süleyman Şükürov üçün bürünc şansı

İdman

03.05.2025 13:43

8

Tacikistanda cüdo üzrə “Böyük Dəbilqə” turniri davam edir.

TodayPress xəbər verir ki, Düşənbə turnirinini ikinci günündə Azərbaycanın iki cüdoçusu mübarizəyə qoşulub.

Süleyman Şükürov (81 kq) 1/8 finalda Batsuqar Qansuxdan (Monqolustan) güclü olsa da, ardınca Murodjon Yoldoşevə (Özbəkistan) uduzub. Şükürov təsəlliverici görüşdə Youxiu Youxiu (Çin) ilə güləşəcək.

Vüsal Qələndərzadə (73 kq) 1/8 finalda Yunlonq Qounu (Çin) məğlub edib. Cüdoçumuz daha sonra Xojiakber Toşevlə (Özbəkistan) bacarmayıb. Qələndərzadə təsəlliverici görüşdə Abubakr Şerova (Tacikistan) da uduzduğundan yarışla vidalaşıb.

Qeyd edək ki, yığmamızın heyətində Düşənbə turnirinin ilk yarış günü Balabəy Ağayev (60 kq) qızıl medal qazanıb. 

Namiq HUN

tag: Tacikistan,Böyük Dəbilqə, Düşənbə ,Cüdo,İdman,todaypress.az,