“Böyük Dəbilqə”: Millimizin 2 qızıl və 2 bürünc medal şansı

İdman

15.02.2025 16:44

2915

Bakıda cüdo üzrə "Böyük Dəbilqə" turniri davam edir.

TodayPress xəbər verir ki, yarışın ikinci günündə 4 çəki dərəcəsi üzrə qaliblər müəyyənləşəcək.

Azərbaycan millisinin üzvləri bu çəki dərəcələrindən 2-də “Böyük Dəbilqə” turnirinin qızıl və bürünc medalları uğrunda yarışacaqlar. 

Rəşid Məmmədəliyev (73 kq) ardıcıl olaraq Anqsarbek Gianullin (Qazaxıstan), Baqrati Niniaşvili (Gürcüstan) və Manuel Parlatini (İtaliya) məğlub edərək yarımfinala vəsiqə qazanıb. O, bu mərhələdə Abubakr Şerova (Tacikistan) da qalib gəlib. Məmmədəliyev finalda Tatsuki İşihara (Yaponiya) ilə güləşəcək.

Eynilə 73 kq-da yarışan Vüsal Qələndərzadə isə üçüncü yer uğrunda  Ryuqa Tanaka (Yaponiya) ilə qarşılaşacaq.

Zelim Tskayev (81 kq) 1/16 finalda Leonardo Kasalyanı (İtaliya), ardınca Aslonbek Tojiyevi (Özbəkistan) mübarizədən kənarlaşdırıb. 1/4 finalda komanda yoldaşı Ömər Rəcəbliyə də qalib gələn cüdoçumuz uğurlu seriyanın davamını yarımfinalda Somon Maxmadbekov (Tacikistan) yenməklə gətirib. Zelim “Böyük Dəbilqə”nin baş mükafatı uğrunda finalda Fransua Qotye-Drapo (Kanada) mübarizə aparacaq. 

Ömər Rəcəbli (81 kq) yarımfinala gedən yolda Tskayevə uduzsa da, təsəlliverici görüşdə Meyirjan Jumbarekdən (Qazaxıstan) üstün olaraq üçüncülük uğrunda Askerbiy Qerbekova (Bəhreyn) rəqib olub. 

Qeyd edək ki, ilk gündə yığmamız aktivinə iki bürünc medal yazdırıb. Əhməd Yusifov (60 kq) və Elşən Əsədov (66 kq) 3-cü yeri tutub.

Namiq HUN

tag: Cüdo,Cüdo ,Azərbaycan ,Böyük Dəbilqə,todaypress.az,