“Böyük Dəbilqə”: Kokauri gümüş, Fətiyev bürünc medal qazandı
İdman
14.10.2024 09:20
Birləşmiş Ərəb Əmirliklərində keçirilən cüdo üzrə “Böyük dəbilqə” turniri başa çatıb.
TodayPress xəbər verir ki, son yarış günündə tatamiyə çıxan 4 cüdoçumuzun Abu-Dabi turnirindən qazancı 1 gümüş və 1 bürünc medal olub.
Uşanqi Kokauri (+100 kq) finala qədər Filippin, Serbiya və Niderland cüdoçularını mübarizədən kənarlaşdırıb. O, yalnız həlledici görüşdə neytral statusda çıxış edən Valeri Endotovskiyə uduzaraq turnirin gümüş medalına sahib çıxıb.
Murad Fətiyevin (90 kq) isə “Böyük Dəbilqə” turnirindən qazancı bürünc medal olub. O, Macarıstan təmsilçisi Peter Safraniyə qalib gələrək fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
Qeyd edək ki, daha əvvəl Zelim Tçkayev (81 kq) “Böyük Dəbilqə” turnirinin qızıl, Açelya Toprak (57kq) isə bürünc medalını komandamıza qazandırb.
Nəticədə Azərbaycan komandası Abu-Dabi turnirini medal sıralamasında 5-ci pillədə bitirib.
Namiq HUN
tag: Murad Fətiyev ,Böyük Dəbilqə, Abu-Dabi ,Final ,Uşanqi Kokauri ,todaypress.az,