“Böyük Dəbilqə”: Astana ilə erkən vida

İdman

09.05.2025 12:10

15

Qazaxıstanda cüdo üzrə “Böyük Dəbilqə” turniri keçirilir.   

TodayPress xəbər verir ki, Astana turnirinə 3 cüdoçu ilə yollanan Azərbaycan millisi yarışı medalsız başa vurub.   

İlk yarış günündə tatamiyə çıxan cüdoçularımızın hamısı məğlubiyyətə barışıb.   

Könül Əliyeva (48 kq) Sabina Giliazovaya (İJF) uduzub. Gültac Məmmədəliyeva (52 kq) 1/16 finalda Lea Bereslə (Fransa) bacarmayıb.

Fidan Əlizadə (57 kq) - Momo Tamaoki (Yaponiya) qarşılaşmasında isə rəqib mərhələ adlayıb.   

Namiq HUN

tag: Böyük Dəbilqə,Cüdo,Astana,Vida,Todaypress.az,