Böyük Britaniyalı jokey olimpiadada iştirak edə bilməyəcək

İdman

24.07.2024 11:29

Beynəlxalq Atçılıq Federasiyası (FEI) britaniyalı olimpiya çempionu Şarlotta Dyujardenin Paris Yay Olimpiya Oyunlarında iştirakını qadağan edib.

TodayPress xəbər verir ki, FEI-nin komissiyası idmançını 6 ay müddətinə yarışlardan kənarlaşdırıb. Diskvalifikasiyaya Ş.Dyujardenin heyvanlara qarşı amansızlıq etməsi səbəb olub. O, atı 24 dəfə qamçılayıb. Qurum bu qərarı 4 il əvvəl çəkilən videoya baxdıqdan sonra verib. 

Ş.Dyujarden karyerası ərzində üç olimpiadada (2012, 2016, 2020) iştirak edib. O, Olimpiya Oyunları tarixində ən çox medal qazanan britaniyalı jokeydir.

Namiq HUN

tag: Böyük Britaniya, Atçılıq, Şarlotta Dyujarden, Olimpiya, Paris, todaypress.az,