Boyko aktiv futboldan ayrıldı
Futbol üzrə Türkiyə və Ukrayna çempionu Denis Boyko karyerasını başa vurub.
TodayPress xəbər verir ki, Ukrayna millisinin sabiq qolkiperi bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
“İstisnasız olaraq, hər gün komandam və nəticələr əldə etmək üçün meydanda bütün gücümü vermişəm, ona görə də peşəkar karyeramı təmiz vicdanımla başa vurmaq imkanım var. Futbol mənim həyatımdır” deyə Boyko yazıb.
Qeyd edək ki, 37 yaşlı qapıçı klub karyerasında “Dinamo Kiyev”in heyətində Ukrayna, “Beşiktaş”la isə Türkiyə çempionu olub.
Denis Boyko, həmçinin Ukraynanın “Dnepr”, “Krivbas”, MOİK, “Obolon”, “Polesye” və İspaniyanın “Malaqa” klublarında çıxış edib. O, Ukrayna yığmasının heyətində 7 oyunda iş naşında olub.
Namiq HUN
tag: Denis Boyko,Futbol,Qapıçı,Karyera,Todaypress.az,