Bovenin ürəyinə defibrilyator qoşuldu
İdman
11.12.2024 10:56
"Fiorentina" klubunun yarımmüdafiəçisi Edoardo Boveyə əməliyyatla ürək dayanmasının qarşısını alan defibrilyator quraşdırılıb.
TodayPress "Sky Sport"a istinadən xəbər verir ki, əməliyyatdan sonra 22 yaşlı futbolçunun sağlamlığı üçün təhlükə aradan qaldırılıb.
İtaliya idman təbabəti və kardiologiya normalarına əsasən, defibrilyator quraşdırılmış oyunçular yarış müsabiqələrində iştirak edə bilməzlər.
Qeyd edək ki, Bove A Seriyasının XIV turunda, "İnter"lə oyunda huşunu itirdikdən sonra reanimasiyaya yerləşdirilib.
Namiq HUN
tag: Boven, İnter, Klub ,Ürək, todaypress.az,