Bovenin son durumu açıqlandı

İdman

02.12.2024 16:57

"Fiorentina" klubunun futbolçusu Edoardo Bovenin son durumu məlum olub. 

TodayPress xəbər verir ki, 22 yaşlı futbolçu xəstəxanada özünə gəlib. 

Bovenin huşu yerindədir və suallara cavab verir.

Həkimlər futbolçunun beyin və ürəyində problemin qalmadığı, səhhətinin yaxşılaşmağa doğru getdiyini bildiriblər.

Qeyd edək ki, İtaliya A seriyasının XIV turunda “İnter”lə oyunun 16-cı dəqiqəsində Edoardo Bove huşunu itirib. “Fiorentina”lı futbolçu təcili tibbi yardım maşını ilə yaxınlıqdakı klinikalardan birinə çatdırılıb və matç yarımçıq dayandırılıb.

Namiq HUN

tag: Futbol, Boven,Xəstəxana, İnter, todaypress.az,