Bove bir daha İtaliyada futbol oynaya bilməyəcək

İdman

06.12.2024 13:18


"İnter"lə oyunda ürək tutması keçirən və huşunu itirərək yıxılan "Fiorentina"nın 22 yaşlı futbolçusu Edoardo Bove dərialtı defibrilator taxılacağı təqdirdə bir daha İtaliyada oynaya bilməyəcək.

TodayPress "La Reppublica" nəşrinə istinadən xəbər verir ki, İtaliyanın idman tibb qaydaları dərialtı defibrilatoru olan oyunçunun A seriyasında çıxış edə biləcəyini nəzərdə tutmur.

İtaliyalı futbolçu artıq implantın qoyulmasına icazə verib.

Qeyd edək ki, üç il əvvəl Avro-2020-də oxşar hadisə ilə üzləşən və bədəninə kiçik elektrik şoklarından istifadə edərək istənilən aritmiyanı düzəldən cihaz implantasiya olunduqdan sonra Kristian Eriksen karyerasını "İnter"də davam etdirə bilməyib. Danimarkalı yarımmüdafiəçi hazırda İngiltərənin “Mançester Yunayted” klubunun şərəfini qoruyur.

Namiq HUN

tag: İdman ,Tibb ,Qayda ,Futbol ,todaypress.az,