“Botafoqo” 29 illik həsrətə son qoydu

İdman

09.12.2024 11:33

“Botafoqo” futbol klubu Braziliya çempionatının son turunda “San Paulo”ya (2:1) qalib gələrək ölkə çempionu titulunu qazanıb. 

TodayPress xəbər verir ki, “ağ-qaralar” qızıl medallar uğrunda mübarizədə son iki mövsümdə çempion olmuş “Palmeyras”ı qabaqlayıb.

Rio-de-Janeyro təmsilçisi tarixində üçüncü dəfə, 1995-ci ildən bəri isə ilk çempionluq titulunu qazanıb. 

Qeyd edək ki, “Botafoqo” dekabrın 1-də Libertadores kubokunun da qalibi olub.

Namiq HUN

tag: Qızıl ,Medal ,Klub, Futbol, todaypress.az,