“Borussiya”nın yarımmüdafiəçisi yenidən zədələndi
İdman
24.09.2024 16:14
Dortmund “Borussiya”sının futbolçusu Feliks Nmeça mövsümə uğursuz başlayıb.
TodayPress xəbər verir ki, yarımmüdafiəçi artıq ikinci dəfə zədə alıb.
Baş məşqçi Nuri Şahinin rəhbərlik etdiyi heyət ondan əsas oyunçu kimi istifadə edir, lakin zədələr bu planın reallaşmasına mane olur.
Almaniyalı futbolçu yeni zədəsi səbəbindən “arılar”la məşqdə iştirak etməyib. Futbolçunun “Bohum”la qarşılaşmaya start heyətində başlayacağına zəmanət yoxdur.
Qeyd edək ki, 24 yaşlı yarımmüdafiəçi yüngül zədə səbəbindən UEFA Çempionlar Liqasının liqa mərhələsində “Brügge” ilə matça ehtiyatda başlasa da, meydana çox yaxşı çıxıb və bir məhsuldar ötürmə edib.
Namiq HUN
tag: Çempionlar Liqası ,Borrusiya ,Brügge ,UEFA,Feliks Nmeça ,todaypress.az,