"Borussiya" ön xətt oyunçusunu itirdi
"Borussiya Dortmund" futbol klubunun heyətində ciddi itki baş verib.
TodayPress xəbər verir ki, Bundesliqa təmsilçisinin ön xətt oyunçusu Kərim Adeyemi sıradan çıxıb.
Almaniyalı vinger ayaq əzələsini zədələyib.
22 yaşlı futbolçu 1 ay yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, "Borussiya" Kərim Adeyemini 2022-ci ilin yayında "Zalsburq" klubundan transfer edib. O, Dortmund təmsilçisinin heyətində meydana çıxdığı 8 rəsmi matçda 5 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Namiq HUN
tag: Borussiya Dortmund, Bundesliqa, Kərim Adeyemi ,Zalsburq ,Təmsilçi, todaypress.az,