“Borussiya” Nuri Şahinlə yollarını ayırdı

İdman

22.01.2025 16:44

Nuri Şahin Dortmund “Borussiya”sının baş məşqçisi postundan istefaya göndərilib.

TodayPress klubun mətbuat xidmətinə istinadla xəbər verir ki, türkiyəli mütəxəssislə bağlı qərar Çempionlar Liqasının Liqa mərhələsinin VII turunun oyunundan sonra verilib. 

İtaliyanın “Bolonya” klubuna 1:2 hesablı məğlubiyyət Nuri Şahinin “Borussiya”nın sükanı arxasında son görüşü olub.

Qeyd edək ki, Dortmund təmsilçisi son 25 ildə ilk dəfə ardıcıl 4 məğlubiyyət alıb.

Namiq HUN

tag: İdman,Futbol,Borusiya,todaypress.az,