"Borussiya" əzmkar qələbə qazandı

İdman

28.09.2024 09:55

Futbol üzrə Almaniya Bundesliqasının V turunun açılış matçında "Borussiya" "Bohum"la qarşılaşıb.

TodayPress xəbər verir ki, Dortmundda keçirilən oyun meydan sahiblərinin geridönüşü ilə əlamətdar olub. 

Matçın ilk 21 dəqiqəsi ərzində iki qol buraxan Nuri Şahinin komandası sonradan toparlanmağı bacarıb. 

Seru Girassinin dubl edib, Emre Can və Feliks Nmeçanın hərəyə bir qol vurduğu matçda "Borussiya" əzmkar qələbə qazanıb 4:2.

5 oyundan sonra 10 xal tolayan dortmundlular Bundesliqanın 2-ci komandasıdır.

Namiq HUN

tag: Almaniya ,Bundesliqa ,Bohum,Dortmund ,Nuri Şahin ,todaypress.az,