“Borussiya Dortmund” Kovaçı seçdi
İdman
30.01.2025 10:08
“Borussiya Dortmund” futbol klubunun rəhbərliyi baş məşqçi vəzifəsinə xorvatiyalı Niko Kovaçı gətirməyə qərar verib.
TodayPress “Spiegel” nəşrinə istinadən xəbər verir ki, o, komandanı 2026-cı ilədək çalışdıracaq.
53 yaşlı mütəxəssisin təyinatının Bundesliqanın XX turu çərçivəsində fevralın 1-də “Haydenhaym” klubu ilə keçiriləcək qarşılaşmadan əvvəl elan olunacağı bildirilib.
Niko Kovaçın Almaniya çempionatında böyük iş təcrübəsi var. O, daha əvvəl Bundesliqa klublarından “Ayntraxt Frankfurt”da, “Bavariya”da və “Volfsburq”da baş məşqçi postunu tutub.
Qeyd edək ki, cari mövsüm Bundesliqada uğursuz çıxış edən “Borussiya Dortmund” baş məşqçi Nuri Şahinlə ötən həftə yollarını ayırıb. “Arılar” 19 turdan sonra 26 xalla 11-ci sırada qərarlaşıb.
Namiq HUN
tag: Borussiya Dortmund,Niko Kovaç,Bundesliqa,Arılar,Todaypress.az,