“Borussiya” Bayeri transfer etdi

İdman

13.08.2024 10:53

Dortmund “Borussiya”sı heyətini yeni futbolçu ilə gücləndirib. 

TodayPress xəbər verir ki, “sarı-qaralar” “Hoffenhaym”ın hücumçusu Maksimilian Bayeri  transfer edib. 

Forvard “Borussiya” ilə 5 illik müqaviləyə imza atıb. 

21 yaşlı futbolçunun Almaniya nəhənginə keçidi 28,5 milyon avroya başa gəlib. 

Qeyd edək ki, Bayer ötən mövsüm Bundesliqada 33 matçda 16 qol vurub. Hücumçu son Avropa çempionatında 2 matçda Almaniya yığmasının formasını geyib. 

Namiq HUN

tag: Dortmund, Borussiya, Almaniya, Bayer, Bundesliqa, todaypress.az,