"Borussiya" baş məşqçinin müqaviləsinə xitam verdi
İdman
13.06.2024 16:10
Almaniya təmsilçisi "Borussiya" (Dortmund) klubu baş məşqçisi Edin Terziçlə yollarını ayırıb.
TodayPress xəbər verir ki, 41 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı şəkildə xitam verilib.
Qeyd edək ki, almaniyalı çalışdırıcı 2010-cu ildən "Borussiya"da müxtəlif vəzifələrdə çalışıb. O, 2022-ci ildə dortmundluların baş məşqçisi vəzifəsinə təyin olunub. Komanda onun rəhbərliyi altında 2023/2024 mövsümündə UEFA Çempionlar Liqasının finalına yüksəlib.
tag: Borussiya, Məşqçi, Almaniya, Edin Terziç, UEFA, Final, todaypress.az,