“Borussia Dortmund” qərar verdi
İdman
09.06.2024 19:36
Dortmund "Borussiya"sı bu yay satılmayacaq 6 futbolçunu müəyyən edib. Komanda sərfəli təklif alsa belə, bu futbolçuların transferinə razılıq verməyəcək.
TodayPress xəbər verir ki, bunlar qapıçı Qreqor Kobel , müdafiəçi Niko Şlotterbek, yarımmüdafiəçilər Emre Can, Yulian Brandt, Marsel Sabitzer və hücumçu Niklas Füllkrugdur.
Klub rəhbərliyi bu futbolçuların ətrafında yeni komanda qurmaq istəyir. Komandanın digər üzvlərinə gəlincə, sərfəli təklif olsa, “Borussiya” bunu nəzərdən keçirməyə hazır olacaq.
Qeyd edək ki, "Borussiya" 2023/2024-cü illər mövsümündə Bundesliqanı beşinci yerdə bitirib. 34 oyundan 63 xal toplayan komanda növbəti mövsüm Çempionlar Liqasına vəsiqə qazanıb.
“Borussiya” Çempionlar Liqasının 2023/2024-cü illər mövsümündə finala yüksəlib və həlledici oyunda “Real Madrid”ə 0:2 hesabı ilə uduzub.
Namiq HUN
tag: Borussiya Dortmund, Qreqor Kobel, Emre Can, Borussiya, Dortmund, Futbol, İdman,