“Bornmut” forvardını itirdi
İdman
07.01.2025 16:22
“Bornmut” klubunun futbolçusu Evanilson ayağı sındığı üçün mövsümün sonuna qədər meydana çıxa bilməyəcək.
TodayPress klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, artıq əməliyyat olunan braziliyalı futbolçu bərpa prosesinə başlayıb.
Evanilsonun ayağı Premyer Liqanın XX turunda keçirilən “Bornmut” - “Everton" (1:0) matçında sınıb.
Qeyd edək ki, “Bornmut” hücumçunu cari mövsümün əvvəlində 37 milyon avroya “Porto”dan heyətinə qatıb. O, İngiltərə təmsilçisinin tarixində ən bahalı transferidir.
Namiq HUN
tag: Bornmut ,Klub ,Əməliyyat ,Mövsüm ,todaypress.az,