“Bornmut” Evanilsonu transfer etdi

İdman

17.08.2024 12:27

İngiltərə Premyer Liqasının təmsilçisi "Bornmut” heyətini yeni futbolçu ilə gücləndirib.

TodayPress xəbər verir ki, klub “Portu”dan hücumçu Evanilsonu transfer edib.

Forvardın keçidi “Bornmut”a 47 milyon avroya başa gəlib. Bu, klub tarixinin rekord transferidir.

Qeyd edək ki, Evanilson “Portu”da 154 oyunda 60 qol vurub və 21 məhsuldar ötürmə edib.

Namiq HUN

tag: İngiltərə, Premyer Liqa ,Forvard, Hücumçu, Evanilson, todaypress.az,