“Börnli” van Nistelroya dəvət göndərəcək

İdman

14.11.2024 10:13

“Mançester Yunayted”lə vidalaşan Rud van Nistelroy karyerasını “Börnli» klubunda davam etdirə bilər.

TodayPress xəbər verir ki, İngiltərə təmsilçisi niderlandlı mütəxəssisin xidmətində maraqlıdır.

Klub rəhbərliyi Nistelroyun PSV və “Mançester Yunayted”dəki işini bəyənib. 

“Börnli”nin hazırkı baş məşqçisi Skott Parker istefaya göndərilsə, bu vəzifəyə əsas namizəd van Nistelroy olacaq.

Qeyd edək ki, “Mançester Yunayted” niderlandlı məşqçinin rəhbərliyi altında meydana çıxdığı 4 oyunda 3 qələbə qazanıb və 1 heç-heçə edib. 

Namiq HUN

tag: Mançester Yunayted, İngiltərə, Rud van Nistelroy,Börnli, todaypress.az,