Bonuççi milliyə təyinat aldı

İdman

22.10.2024 17:15

İtaliya millisinin sabiq futbolçusu yığma komandaya məşqçi təyin olunub.

TodayPress İtaliya Futbol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Leonardo Bonuççi U-20 millisinin baş məşqçisi Bernardo Korradinin köməkçisi vəzifəsini icra edəcək.

Qeyd edək ki, 37 yaşlı sabiq müdafiəçi karyerasında son olaraq “Fənərbağça” klubunun formasını geyinib. Bonuççi həmçinin “İnter”, “Yuventus”, “Milan” və “Cenoa” kimi klubların şərəfini qoruyub. 

O, İtaliya millisinin heyətində meydana çıxdığı 121 oyunda 8 qol vurub.

Namiq HUN

tag: İtaliya, Leonardo Bonuççi, Fənərbağça, İnter, Yuventus, todaypress.az,