Bombardirlikdə əlavə göstəricilər ləğv edildi
İdman
13.07.2024 14:30
UEFA Avropa çempionatının bombardiri ilə bağlı meyarları dəyişib.
TodayPress xəbər verir ki, Almaniyada keçirilən yarışın mükafatı vurulan qolların sayına görə, öndə olan bütün futbolçulara veriləcək.
Əvvəl qolların sayında bərabərlik olanda, bombardir əlavə göstəricilərə əsasən müəyyənləşirdi.
Hazırda mükafata hərəyə 3 qol vuran 6 futbolçu iddia edir. Bunlar Dani Olmo (İspaniya), Harri Keyn (İngiltərə), Jorj Mikautadze (Gürcüstan), Kodi Qakpo (Niderland), Camal Musiala (Almaniya) və İvan Şrantsdır (Slovakiya).
Qeyd edək ki, AVRO-2024-ün iyulun 14-də baş tutacaq final matçında İspaniya və İngiltərə milliləri qarşılaşacaq. Bu isə o deməkdir ki, Keyn və Olmonun bombardir üçün nəzərdə tutulan mükafatı qazanmaq şansı daha çoxdur.
Namiq HUN
tag: UEFA,AVRO 2024, Mükafat, Final, İspaniya, todaypress.az,