“Bolonya” 51 illik həsrətə son qoydu

İdman

15.05.2025 09:40

15

Futbol üzrə İtaliya kubokunda 2024/2025 mövsümünün qalibi məlum olub. 

TodayPress xəbər verir ki, final matçı “Milan” və “Bolonya” klubları arasında keçirilib.   

Romanın “Olimpiko” stadionunda baş tutan qarşılaşmanın taleyini 1 qol həll edib.

Ndoy “Bolonya”ya qələbə qazandıran qolun müəllifi olub.

Bolonyalılar 51 illik fasilədən sonra İtaliya kubokuna sahib çıxıblar.       

Xatırladaq ki, “Bolonya” sonuncu dəfə 1974-cü ildə İtaliya kubokunu qazanıb.

Komanda daha əvvəl isə 1970-ci ildə baş mükafatı başı üzərinə qaldırıb.   

Namiq HUN

tag: İtaliya,Bolonya,Milan,Kubok,Todaypress.az,