Boksçumuzdan lisenziya turnirində uğurlu start

İdman

26.05.2024 16:22

2938

Azərbaycan boksçusu Malik Həsənov Tailandın paytaxtı Banqkokda keçirilən II Dünya Olimpiya Təsnifat Turnirinə qələbə ilə başlayıb.

TodayPress xəbər verir ki, 63,5 kq çəki dərəcəsində mübarizə aparan yığma üzvü ilk görüşündə polşalı Bartlomey Roskovijlə qarşılaşıb. Həsənov hər 3 raundu xeyrinə bitirib. 5:0 (29:28, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qələbə qazanan boksçumuz 1/16 finala yüksəlib. O, ikinci görüşündə Çol Man Çoe (Şimali Koreya) ilə üz-üzə gələcək.

Döyüş mayın 28-də olacaq.

tag: Boks, İdman, todaypress.az,