Boksçumuz erməni rəqibini məğlub edərək finala yüksəldi
Yeniyetmə boksçumuz Səftər Məmmədzadə (+80 kq) Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Avropa birinciliyində finala yüksəlib.
TodayPress xəbər verir ki, milli üzvü yarımfinalda ermənistanlı Qraç Xaçatryanla qarşılaşıb. Döyüş boksçumuzun qələbəsi ilə yekunlaşıb. Səftər Məmmədzadə rəqibini 4:1 (30:27, 29:28, 30:27, 30:27, 28:29) hesabı ilə məğlub edib və finala vəsiqə qazanıb.
O, çempionluq uğrunda döyüşdə rusiyalı Rüstəm Həsənovla münasibətinə aydınlıq gətirəcək. Döyüş iyunun 30-da olacaq.
Namiq HUN
tag: Boksçu, Səftər Məmmədov, Bosniya Herseqovinia, Avropa birinciliyi, todaypress.az,