Boksçumuz dünya çempionatında Ermənistan təmsilçisinə qalib gəldi

İdman

10.03.2025 21:10

1435

Azərbaycan təmsilçisi Serbiyanın Niş şəhərində keçirilən qadın boksçular arasında dünya çempionatında Ermənistan idmançısına qalib gəlib.

TodayPress xəbər verir ki, 54 kq çəkidə mübarizə aparan Zeynəb Rəhimova 1/16 finalda Yekaterina Sıçevanı üstələyib.

O, rəqibini 5:2 (münsiflərin qərarı) hesabı ilə məğlub edib.

Qeyd edək ki, bu gün Aynur Mikayılova (57 kq) da mübarizəyə qoşulacaq.

tag: Azərbaycan, Ermənistan,Niş, Serbiya, Boksçu, Zeynəb Rəhimova, todaypress.az,