Boksçumuz dünya birinciliyində gümüş medal qazandı
Azərbaycan boksçusu Bilalhəbaşi Nəzərov
Monteneqronun Budva şəhərində gənclər arasında keçirilən dünya birinciliyini
gümüş medalla başa vurub.
TodayPress
xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyasından bildirilib.
48 kq-da mübarizə aparan milli üzvü finalda
Safyiddin Sabirova (Özbəkistan) məğlub olub.
Qeyd edək ki, Bilalhəbaşi Nəzərov yarımfinalda Osman
Çadqura (Mərakeş) qalib gəlib. Görüş Nəzərovun 5:0 (30:26, 30:26, 30:26, 29:27,
30:26) hesablı qələbəsi ilə yekunlaşıb.
tag: Boksçu, Azərbaycan, Özbəkistan, Gümüş, Medal, todaypress.az,