Boksçumuz beynəlxalq turnirin mükafatçıları sırasında yer aldı
Monteneqroda Dünya Kuboku statuslu “Adriatik incisi” beynəlxalq boks turniri davam edir.
TodayPress xəbər verir ki, Banuçiçək Nəsirli (48 kq) Budva turnirində yarımfinala yüksəlib.
Boksçumuz 1/4 finalda qazaxıstanlı Aiym Tankibayeva ilə qarşılaşıb.
Görüş Nəsirlinin qələbəsi ilə başa çatıb 3:2 (29:28, 28:29, 29:28, 29:28, 27:30).
Qeyd edək ki, B.Nəsirli yarımfinala yüksəlməklə özü üçün azı “Adriatik incise” turnirinin bürünc medalını təmin edib.
Namiq HUN
tag: Boks,Banuçiçək Nəsirli,Turnir,Yarımfinal,Todaypress.az,