Boksçumuz Avropa çempionatında bürünc medal qazandı

İdman

17.10.2024 18:35

Azərbaycan millisi Bolqarıstanda keçirilən 23 yaşadək (U-23) boksçular arasında Avropa çempionatında ilk medalını rəsmiləşdirib.

TodayPress xəbər verir ki, Sofiya turnirinin bürünc mükafatını komandamızın aktivinə Marjona Savriyeva yazdırıb.

50 kq çəki dərəcəsində mübarizə aparan boksçu yarımfinalda Dominika Kuçjevska (Polşa) ilə qarşılaşıb. Görüşdə rəqib 4:1 (29:28, 29:28, 30:27, 30:27, 28:29) hesabı ilə qələbə qazandığından Savriyeva Avropa çempionatının bürünc medalı ilə kifayətlənməli olub. 

Namiq HUN

tag: Azərbaycan, Bolqarıstan, Avropa, Bürünc Medal,Boks, Marjona Savriyeva, todaypress.az,