Boksçumuz “Adriatik incisi”nin qalibi oldu

İdman

10.03.2025 10:43

2623

Gənc boksçuların Monteneqroda keçirilən Dünya kuboku statuslu “Adriatik incisi” beynəlxalq turnirinə yekun vurulub.   

TodayPress xəbər verir ki, Azərbaycan millisi yarışda 1 qızıl və 3 bürünc medal qazanıb. 

Budva turnirinin baş mükafatı Zidan Hümbətovun (54 kq) aktivindədir. 

Finalda qazaxıstanlı Aldiyar Bahadurla döyüşdə 4:1 (29:28, 29:28, 29:28, 29:28, 28:29) hesablı ilə qələbə qazanan boksçumuz “Adriatik incisi”nin qalibi olub. 

Daha əvvəl boksçularımızdan Banuçiçək Nəsirli (48 kq), Özləm Həsənova (66 kq) və İlkanə Əhmədova (+81 kq) turnirin bürünc medalına sahib çıxıblar.   

Namiq HUN

tag: Boks,Azərbaycan,Zidan Hümbətov,Qələbə,Yarış,Todaypress.az,