Boksçumuz “Adriatik incisi”nə qələbə ilə başladı
Monteneqroda gənc boksçuların Dünya kuboku statuslu “Adriatik incisi” beynəlxalq turniri keçirilir.
TodayPress xəbər verir ki, Budva turnirinini ilk yarış günü Azərbaycan yığmasının bir boksçusu rinqə çıxıb.
Zidan Hümbətov (54 kq) 1/8 final çərçivəsində qazaxıstanlı Almaz Nurlanla qarşılaşıb.
Boksçumuz rəqibini 3:1 (28:28, 29:28, 28:29, 30:27, 29:28) hesabı ilə məğlub edərək adını turnirin 1/4 final mərhələsinə yazdırıb.
Qeyd edək ki, “Adriatik incisi” turnirinə Azərbaycan 3 oğlan və 4 qız boksçu ilə yollanıb.
Namiq HUN
tag: Zidan Hümbətov,Boks,Qələbə,Yarış,Todaypress.az,