Boksçularımızın “qızıl” iddiası
Bosniya və Herseqovinada yeniyetmə boksçuların Avropa birinciliyi davam edir.
TodayPress xəbər verir ki, Azərbaycan millisinin daha 2 üzvü yarımfinal mərhələsinə yüksəlib.
Nihat Qasımov (48 kq) Mixael Reilli (İrlandiya) ilə 1/4 final qarşılaşmasını 5:0 (29:28, 29:28, 29:28, 29:28, 29:28) hesabı ilə qazanıb.
Səftər Məmmədzadə (+80 kq) də adını yarımfinala yazdırıb. O, Boqdan Bajzerti (Polşa) mübarizədən kənarlaşdırıb. Rəqib 3-cü raundda zədələndiyi üçün həkimlər döyüşün davam etməsinə icazə verməyib.
Hər 2 boksçumuz Sarayevo turnirinin yarımfinal mərhələsinə yüksəlməklə komandamıza Avropa birinçiliyinin bürünc medalını təmin ediblər.
Qeyd edək ki, daha öncə Aylin Nəzərova (48 kq) və Əminə Tağı (52 kq) da bu hüquqa yiyələnib.
Namiq HUN
tag: Boksçu, Səftər Məmmədzadə, Qızıl İddiası, Azərbaycan, todaypress.az,