Boksçularımızdan beynəlxalq turnirdə 1 qızıl və 2 gümüş medal

İdman

16.03.2025 12:45

1321

Macarıstanın Debretsen şəhərində boks üzrə beynəlxalq turnirə yekun vurulub.

TodayPress xəbər verir ki, Azərbaycan millisi yarışı 1 qızıl və 2 gümüş medalla başa vurub.

Boksçularımızdan Məhəmmədəli Qasımzadə (60 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, finalda Kruzito Kovaçsu (Macarıstan) 4:1 (30:27, 28:29, 29:26, 29:28, 29:28) hesabı ilə məğlub edib.

Tural Sarıyevlə (50 kq) Əli Abdullayev (65 kq) isə gümüş medala sahib olublar.

tag: Macarıstan,Debretsen,Turnir,Azərbaycan millisi,Məhəmmədəli Qasımzadə,todaypress.az,