Boksçularımız Serbiyada 6 medal qazandı

İdman

09.02.2025 16:00

1653

Serbiyanın paytaxtı Belqradda keçirilən boks üzrə beynəlxalq turnir başa çatıb.

TodayPress xəbər verir ki, yarışa 6 idmançı ilə qatılan Azərbaycan millisinin hər bir üzvü fəxri kürsüyə yüksəlib.

Yığmanın heyətində Anaxanım İsmayılova (48 kq) qızıl medal qazanıb. Aynur Rzayeva (+81 kq) gümüş, Marjona Savriyeva (50 kq), Zeynəb Rəhimova (54 kq), Aynur Mikayılova (57 kq) və Emili Rzayeva (70 kq) bürünc mükafata yiyələniblər.

Qeyd edək ki, komandamız fevralın 10-da Bakıya qayıdacaq.

tag: Serbiya,Belqrad,Azərbaycan ,Milli,Boksçu,todaypress.az,