Boksçularımız beynəlxalq turnirdə 4 medal qazandı
İdman
04.10.2024 18:05
Qazaxıstanın Aktau şəhərində boks üzrə beynəlxalq turnir keçirilib.
TodayPress xəbər verir ki, yarışa dəvət alan Azərbaycan yığma komandası 4 medal qazanıb.
Komandamızın heyətində Sərxan Əliyevlə (71 kq) Məhəmməd Abdullayev (+92 kq) bütün rəqiblərinə qalib gələrək Aktau turnirinin qızıl medalını qazanıblar.
Yalnız finalda uduzan Nəbi İsgəndərov (71 kq) ikinci yeri tutub.
Tayfur Əliyev (60 kq) isə yarışı bürünc medalla başa vurub.
Namiq HUN
tag: Qazaxıstan ,Aktau ,Tayfur Əliyev, Nəbi İsgəndərov ,Sərxan Əliyev ,todaypress.az,