Boksçularımız Avropa “qızıl”ının bir addımlığında

İdman

27.06.2024 10:00

Bosniya və Herseqovinada yeniyetmə boksçular arasında Avropa birinciliyi keçirilir. Sarayevo turnirinin növbəti yarış günü Azərbaycan millisinin 2 idmançısı mərhələ adlayıb.

TodayPress xəbər verir ki, Aylin Nəzərova (48 kq) 1/4 finalda  Atina Papanikolopou (Yunanıstan) ilə qarşılaşıb. Döyüş boksçumuzun 5:0 (30:27, 29:28, 30:27, 30:27, 30:27) hesablı qələbəsi ilə başa çatıb. Aylin yarımfinalda italiyalı Giorgia La Rosa ilə yarışacaq. 

Əminə Tağı (52 kq) da 1/4 final mərhələsini uğurla adlayıb. Milli üzvü Yuliana Tyurnikovaya (Moldova) 5:0 (30:27, 30:25, 30:27, 30:27, 30:26) hesabı ilə qalib gəlib. Əminə finala aparan yolda rumıniyalı Maria Semeniçiuçi sınağa çəkəcəy. 

Qeyd edək ki, hər iki boksçumuz yarımfinala yüksəlməklə Avropa birinciliyinin bürünc medalını təmin ediblər. Yarımfinal döyüşləri iyunun 28-də keçiriləcək.

Namiq HUN

tag: Boksçu, Avropa, Qızıl, Aylin Nəzərova, Yunanıstan, todaypress.az,