Boksçular Yakutsk turnirini 4 medalla bitirdilər
İdman
05.07.2024 16:04
Rusiyada keçirilən “Asiya uşaqları” VIII Beynəlxalq İdman Oyunlarında boks yarışları başa çatıb.
TodayPress xəbər verir ki, yeniyetmələrdən ibarət Azərbaycan millisi Yakutsk turnirini 4 medalla başa vurub.
Yarışın son günündə millimizin heyətində Nihad Qasımov (48 kq) gümüş medala sahib çıxıb.
Yığma komanda üzvlərindən Haqverdi Həsənov (57 kq), Nurlan Abışov (60 kq) və Valeh Eyvazlı (66 kq) fəxri kürsünün üçüncü pilləsinə qalxıblar.
Namiq HUN
tag: Boksçu, Rusiya, Asiya Uşaqları, Azərbaycan Millisi, Medal, todaypress.az,