Boksçular “Strandja” turnirində 4 medal qazandılar

İdman

03.03.2025 12:00

1191

Bolqarıstanda keçirilən boks üzrə beynəlxalq “Strandja” turnirinə yekun vurulub. 

TodayPress xəbər verir ki, Azərbaycan millisi yarışı 2 gümüş və 2 bürünc medalla başa vurub.

Yığmamızın heyətində Zəlimxan Süleymanov (57 kq) və Zaur Qəhrəmanov (67 kq) Sofiya turnirində ikinci yeri tutublar. 

Nicat Hüseynovla (51 kq) Nəbi İsgəndərovun (67 kq) isə “Strandja” turnirindən qazancı bürünc medal olub. 

Millimiz komanda hesabında 5-ci yeri tutub.

Namiq HUN

tag: İdman,Boks,Bolqarıstan,“Strandja”,todaypress.az,