Boksçular 2 gümüş medal qazandı

İdman

30.09.2024 11:15

Azərbaycan boksçuları Polşada keçirilən beynəlxalq turnirdə 2 gümüş medal qazanıb. 

TodayPress xəbər verir ki, idmançılarımız Feliks Stammın xatirəsinə həsr olunan beynəlxalq turnirdə bu uğura nail olub. 

Yarışda iştirak edən hər iki boksçumuz çıxışını medalla bitirib.

Milli komandanın üzvlərindən Maqsud Xasmetov (63,5 kq) və Nəbi İsgəndərov (71 kq) finala aparan yolda bütün rəqiblərinə qalib gəliblər. Hər iki boksçumuz yalnız həlledici döyüşdə məğlub olaraq turnirin gümüş medalına sahib olub. 

Namiq HUN

tag: Azərbaycan,Polşa ,Feliks Stamm ,Yarış ,Gümüş Medal ,todaypress.az,