Boksçular 1 gümüş və 1 bürünc medal qazandı
İdman
30.08.2024 17:48
Rusiyanın gənc boksçular arasında beynəlxalq turnir keçirilib.
TodayPress xəbər verir ki, Azərbaycan millisi 16 ölkədən 120 boksçunun yer aldığı yarışı 2 medalla başa vurub.
Məhəmmədəli Qasımzadə Çita turnirinin gümüş medalı ilə kifayətlənib.
Tağı Nəsibov isə yarışın bürünc medalına sahib çıxıb.
Hər iki bokusçumuz 60 kq çəki dərəcəsində bu uğura nail olub.
Qasımzadə, həmçinin turnirin ən əzmkar boksçusu seçilib.
Namiq HUN
tag: Məhəmmədəli Qasımzadə,Tağı Nəsibov ,Çita, Azərbaycan ,Boksçu ,todaypress.az,