Boks üzrə dünya çempionundan ŞOK QƏRAR

İdman

13.08.2024 11:09

Terens Krouford çempion kəmərindən imtina edib.

TodayPress xəbər verir ki, amerikalı peşəkar boksçu Terens Krouford (66,7 kq) mütləq çempion kəmərindən, WBO titulundan imtina edib. O, hansı səbəbdən bu qərarı qəbul etdiyini açıqlamayıb. 

Bu qərardan sonra amerikalı Brayan Norman müvəqqəti kəmərini tam kəmərlə dəyişib.

Krouford peşəkar karyerası ərzində keçirdiyi 41 döyüşün heç birində məğlub olmayıb. O, 31 döyüşdə nokautla qələbə qazanıb. 

Terens 2014-cü ildən bəri doqquz dəfə ağır çəkidə dünya çempionu olub.

Brayan Norman isə peşəkar səviyyədə keçirdiyi 28 döyüşün 26-da qalib gəlib (20-si nokautla).

Namiq HUN

tag: Brayan Norman ,Terens Krouford,WBO Titulu, Çempion Kəməri, Dünya, todaypress.az,