Boks üzrə dünya çempionuna ağır zərbə
Səudiyyə Ərəbistanının paytaxtı və ən böyük şəhəri Ər-Riyadda peşəkar boks gecəsi baş tutub.
TodayPress xəbər verir ki, bu barədə "Sport Express" məlumat yayıb.
Bildirilib ki, gecədə "WBA Super" və "IBO" versiyası üzrə orta ağır çəkidə çempion titullarının sahibi rusiyalı Dmitri Bivol və onun həmyerlisi "WBC", "IBF" və "WBO" versiyaları üzrə dünya çempionu Artur Beterbiyev üz-üzə gəliblər.
Döyüş hakimlərin fərqli qərarından sonra Bivolun məğlubiyyəti ilə başa çatıb.
Beləliklə, Dmitri Bivol 2017-ci ildən bəri sahib olduğu dünya çempionluğunu itirib və karyerasında ilk məğlubiyyətini alıb. İndiyədək rusiyalı 23 döyüşdə qalib gəlib, onlardan 12-si vaxtından əvvəl başa çatıb. Beterbiyevlə döyüşdən sonra o, "WBA Super" və "IBO" titullarından məhrum olub.
Beterbiyev isə məğlubiyyətsiz döyüşçü olaraq qalır. Onun hesabında 21 qələbə var.
tag: WBA Super,IBO,Dmitri Bivol,Artur Beterbiyev,todaypress.az,