Boks üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşdi

İdman

20.12.2024 18:34

Boks üzrə Azərbaycan çempionatı başa çatıb. 

TodayPress Azərbaycan Boks Federasiyasına istinadən xəbər verir ki, yarışda 41 komandanın 200 (178 kişi, 22 qadın) idmançısı qüvvəsini sınayıb. 

6 gün davam edən turnirin son günündə kişilər arasında 13 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşib.

Həlledici döyüşlərdə qalib gələn Sübhan Məmmədov (48 kq), Yadigar Əliyev (51 kq), Amin Məmmədzadə (54 kq), Ömər Aslanlı (57 kq), Maqsud Xasmetov (60 kq), Malik Həsənov (63,5 kq), Nəbi İsgəndərov (67 kq), Sərxan Əliyev (71 kq), Rasim Çobanlı (75 kq), Murad Allahverdiyev (80 kq), Seyid Seyidov (86 kq), Rauf Rəhimov (92 kq) və Məhəmməd Abdullayev +92 kq) çempion tituluna sahib olublar.

Turnirdə komanda hesabında “Neftçi” İdman Klubu 60 xalla birinci yeri tutub. 

Qeyd edək ki, qadın boksçuların mübarizəsinə 1 gün öncə yekun vurulub.

Namiq HUN

tag: Boks, Komanda, Turnir,Xal, todaypress.az,