Boks millisini özbəkistanlı baş məşqçi çalışdıracaq
İdman
24.10.2024 03:00
Kişi boksçulardan ibarət Azərbaycan millisinə yeni baş məşqçi təyin olunub.
TodayPress xəbər verir ki, yığma komanda ötən ildən Azərbaycan Boks Federasiyasında texniki direktor kimi çalışan özbəkistanlı Ravşan Xocayevə tapşırılıb.
Mütəxəssis bu postda müqaviləsi başa çatan kubalı Pedro Rokeni əvəzləyib.
Xocayev məşqçilik fəaliyyətinə 1998-ci ildə başlayıb. O, karyerası ərzində Özbəkistan, Asiya, dünya və Olimpiya çempionları yetişdirib.
Ravşan Xocayev 2016-2023-cü illərdə Özbəkistan Boks Federasiyasının Məşqçilər Şurasında çalışıb. Mütəxəssis Beynəlxalq Boks Assosiasiyasının 3 ulduz kateqoriyalı məşqçisidir.
Xatırladaq ki, 33-cü Yay Olimpiya Oyunları Turan dövlətlərinin parlaq çıxışı ilə əlamətdar olub. Paris Olimpiadasının medal sıralamasında Özbəkistan 8 qızıl, 2 gümüş və 3 bürünc medalla hamıdan öndə olub. Asiya təmsilçisinin 8 qızıl medalından 5-i boks idman növündə qazanılıb.
Namiq HUN
tag: Ravşan Xocayev, Yay Olimpiya Oyunları,Asiya, Məşqçi, Azərbaycan, todaypress.az,